“TikTok”da ucuz telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb
Sosial şəbəkələr vasitəsilə ucuz telefonlar satmaq istəyən şəxs saxlanılıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə “TikTok” sosial şəbəkəsində mobil telefonları dəyərindən ucuz qiymətə satdığı barədə yalan elanlar yerləşdirərək ona müraciət edənlərin müxtəlif məbləğlərdə pulunu onlayn yolla ələ keçirən şəxs saxlanılıb.
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Məhəmməd Abbasov tutulub.
Həmin şəxsin paytaxt və bölgələrdən olan ümumilikdə 23 nəfərə qarşı eyni üsulla dələduzluq etdiyi müəyyən edilib.
M.Abbasovun analoji əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.
Oxşar xəbərlər
Sosial şəbəkədə 23 nəfərə ucuz mobil telefon satışı adı altında dələduzluq edən şəxs saxlanılıb
Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Lənkəranda müavinət düzəltmək adı ilə 1025 manat pulu mənimsəyən şəxs saxlanılıb
Şirvanda dələduzluq edən şəxs həbs edilib
Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











