Son 27 ayda Naxçıvanda 3 min 492 yeni iş yeri açılıb
2023-cü il yanvarın 1-dən 2025-ci il aprelin 1-nə kimi Naxçıvan Muxtar Respublikasında (MR) 3 min 492 yeni iş yeri yaradılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan MR Statistika Komitəsinin şöbə müdiri Rəhim Əsgərov açıqlayıb.
O bildirib ki, bu göstərici 2020–2022-ci illərlə müqayisədə (1217 iş yeri) təqribən 2,9 dəfə artım deməkdir. Qeyd olunub ki, Naxçıvan MR-da son iki ildə açılan yeni iş yerlərinin 1535-i dövlət, 1957-si isə özəl sektorun payına düşür.
Coğrafi bölgü baxımından muxtar respublikada Naxçıvan şəhəri 2 min 892 yeni iş yeri ilə liderlik edir. Ərazi bölgüsü üzrə digər rayonlar isə aşağıdakı kimi sıralanır:
Şərur - 219, Babək - 177, Ordubad - 57, Kəngərli - 46, Culfa - 37, Sədərək - 34, Şahbuz - 30
Oxşar xəbərlər
Azərbaycanda bir sıra məhkəmələr üçün vahid indeks müəyyən olunub
Naxçıvanda altı məktəb direktoru vəzifədən azad olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
DÇ-2026: İngiltərə, Belçika və ABŞ milliləri 1/16 final matçına çıxırlar
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
