İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləği artırılıb
İlk dəfə işə düzələn valideynsiz şəxslərə ödənilən birdəfəlik müavinət məbləği artırılıb.
"Report" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi və digər qanunvericilik aktlarına uyğunlaşdırılması məqsədilə paltar, ayaqqabı, yumşaq inventar və avadanlıqların və ya onların əvəzinə verilən pul kompensasiyasının məbləğinin də sözügedən müavinətin tərkibinə daxil edilməklə birdəfəlik müavinətin qanunun hazırkı redaksiyası və hazırda ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği (Dövlət Statistika Komitəsi tərəfindən sonuncu dəfə açıqlanmış ölkə üzrə orta aylıq nominal əməkhaqqının məbləği 1003,5 manat olub) nəzərə alınmaqla 6 min manat müəyyən edilib.
Qeyd edək ki, qanunun tənzimlənməsi ilə bağlı dövlət başçısının imzaladığı Fərmanda dəyişikliyin sentyabrın 15-dən tətbiq edilməsi bildirilib.
Oxşar xəbərlər
İlk dəfə işə düzələn valideynsiz şəxslərə verilən müavinətin artırılması II oxunuşda müzakirə olunub
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək
Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı açıqlanıb
Pensiyaçı kimi qeydiyyatda olanların sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
