Nazir müavini: Həssas qrupların sosial müdafiəsində UNICEF-lə birgə layihələr həyata keçirilir
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” tədbiri keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfdaşlığı ilə baş tutan tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər iştirak edib.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov insan inkişafının təmin edilməsi, həssas qruplara aid uşaqların və ailələrin sosial dəstək mexanizmləri ilə əhatə olunması sahəsində ölkəmizin təcrübəsini qeyd edib. O, pandemiya dövründə hazırlanaraq həyata keçirilən sosial müdafiə mexanizmlərini, görülən bu tədbirlərin müsbət nəticələrini qeyd edib.
Nazir müavini ölkəmizdə sosial təminat sisteminin, sosial xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi üçün aparılan islahatları diqqətə çatdırıb. Həssas əhali qruplarına yönələn sosial müdafiə sisteminin bundan sonra da inkişaf etdirilməsinin dövlətimizin siyasətində prioritet istiqamətlərdən olduğunu, bu istiqamətdə davamlı addımlar atıldığını qeyd edib.
A.Kərimov həssas qruplarla bağlı sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi işlərində UNICEF-lə birgə layihələrin önəmini diqqətə çatdırıb.
Tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilərin çıxışları dinlənilib. İqlim fəaliyyəti zamanı sosial müdafiənin mühüm roluna, iqlim maliyyəsinin həssas qruplardan olan insanlar üçün dəstək yönümlü olmasına, həmin insanların, ümumən insan inkişafının iqlim dəyişikliklərinin fəsadlarından qorunması mexanizmlərinin hazırlanması, onların sosial müdafiə ilə əhatə olunması məsələlərinə dair müzakirələr aparılıb.
Oxşar xəbərlər
Nazirlik COP29 çərçivəsində müzakirə olunacaq sosial mövzuları açıqlayıb
COP29 çərçivəsində insan kapitalının inkişafı, yaşıl iş yerləri, sosial müdafiə mövzuları müzakirə olunacaq
Veteranlara verilən müavinət artırılacaq?
Nazir müavini: ”Yaşıl iqtisadiyyat"a keçid tədbirlərinin uğurla həyata keçirilməsi zəruridir
Nazir müavini: Qlobal istiləşmənin qarşısını almaq üçün “yaşıl iqtisadiyyat”a keçid zəruridir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












