Əməyin mühafizəsi sahəsində daha 5 yeni milli standart təsdiq edilib
Əməyin mühafizəsi sahəsində daha 5 yeni milli standart hazırlanaraq təsdiq edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti məlumat yayıb.
Beynəlxalq Əmək Təşkilatının “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının tələblərinə uyğun hazırlanan standartlar:
Fərdi mühafizə vasitələrinin sınaq proseduru
Gözlərin və üzün mühafizəsi
Qoruyucu geyim
Qoruyucu ayaqqabı
Fərdi mühafizə vasitələrinin təhlükəsizliyinə dair tələbləri əhatə edir.
İşçilərə xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsi zamanı yeni standartların tələblərinə uyğun təşkil olunması, əməyin mühafizəsi qaydalarının təkmilləşdirilməsi, qüvvədə olan normalara və beynəlxalq təcrübəyə uyğunlaşdırılması istiqamətində mühim önəm kəsb edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə yanaşı, Fövqəladə Hallar Nazirliyi, Dövlət Neft Şirkəti (SOCAR), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Həmkarlar İttifaqları Konfederasiyasının təmsil olunduğu Texniki Komitə tərəfindən əmək sahəsi üzrə standartların hazırlanması istiqamətində işlər davam etdirilir.
MƏLUMAT YENİLƏNİR
Oxşar xəbərlər
Azərbaycanda əmək sahəsində 17 milli standart layihəsi təsdiqlənib
Əməyin Mühafizəsi Mərkəzinə sədr müavini təyin edilib
Xidmət rəisi: İlin sonuna qədər əməyin mühafizəsi sahəsində 100-ə yaxın standart qəbul ediləcək
Əməyin Mühafizəsi Mərkəzi auditor seçir
Vəli Quliyev: "Süni intellekt əmək məhsuldarlığını artıracaq, yeni peşələr və çağırışlar yaradacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
