Sabunçu rayonunun bir hissəsində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Sabunçu rayonunun bir hissəsində işıq olmayacaq


Sabunçu rayonunda yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə,Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işlərinə görə mayın 14-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək Bakıxanov qəsəbəsində Yavər Əliyev küçəsi və dəmir yolu xəttinə yaxın yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Məlumata görə, yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Bakının Bakıxanov qəsəbəsində işıq olmayacaq
Suraxanı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Binə qəsəbəsində işıq olmayacaq
Sabah Binəqədinin bir sıra qəsəbələrində elektrik enerjisi olmayacaq
Masallıda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər