Aktau Beynəlxalq Ticarət Limanı: Xəzərin səviyyəsinin azalması tankerlərin tam doldurulmasına imkan vermir
Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi Aktau Beynəlxalq Ticarət Limanıda tankerlərin tam gücü ilə yüklənməsinə imkan vermir.
"APA-Economics" xəbər verir ki, bunu "GLENMAR Group"un təşkil etdiyi "Xəzər və Mərkəzi Asiya neft treydingi və logistikası Forumu"nda çıxış edərkən Aktau Beynəlxalq Ticarət Limanının İdarə Heyətinin sədri Abay Turikpenbayev deyib.
Onun sözlərinə görə, qeyd olunan problemin həlli çərçivəsində liman ərazisində dəniz dibinin dərinləşdirilməsinin layihə-smeta sənədləri artıq hazırlanıb.
Abay Turikpenbayev onu da qeyd edib ki, layihə çərçivəsində dərinləşdirmə işlərini üç mərhələdə aparmaq planlaşdırılır.
"İyun ayında dərinliyi 7,7 metrə çatdırmaq üçün dibdərinləşdirmə işlərinə başlamağı planlaşdırırıq. Bu, tankerlərin tam gücü ilə yüklənməsinə imkan verəcək. Bu, sadəcə, birinci mərhələdir. Bu, bizə daha 3-4 il bu rejimdə işləmək imkanı verəcək. Dəniz səviyyəsinin aşağı düşməsinin indiki dinamikası davam edərsə, dərinləşdirmənin ikinci və üçüncü mərhələlərini davam etdirəcəyik", - Abay Turikpenbayev vurğulayıb.
Oxşar xəbərlər
ADY dəmir yollarının elektrikləşdirilməsini bitirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kaşaqan” yatağında neft hasilatı iki dəfədən çox artırıla bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktau limanında Azərbaycan-Qazaxıstan nəqliyyat əməkdaşlığının perspektivləri müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emil Məmmədov: Azərbaycan neft nəqli üzrə regionda əsas oyunçulardandır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı Limanı: Məqsədimiz Orta dəhlizi "yaşıl" dəhlizə çevirməkdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












