Bakı Limanı: Məqsədimiz Orta dəhlizi "yaşıl" dəhlizə çevirməkdir
Məqsədimiz Orta Dəhlizi "yaşıl" dəhlizə çevirməkdir.
APA xəbər verir ki, bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının beynəlxalq əlaqələr meneceri Natavan Ağayeva (Port of Baku) COP29 çərçivəsində keçirilən "Dayanıqlı Əlaqələrə Gedən Yollar: CICA və onun Üzv Dövlətlərinin, həmçinin Asiyada Regional Təşkilatların Təhlükəsiz, Effektiv və İqlimə Davamlı Nəqliyyat Dəhlizləri üçün Səyləri" adlı tədbirdə deyib.
"Beynəlxalq ticarət sadəcə insanların və malların hərəkətliliyi deyil. Həm də çox ciddi ekoloji problemlər və təhlükələr təşkil edə bilər. Bakı limanı Qərb və Şərq, Asiya və Avropa arasında vacib qapı rolunu oynayır. Biz xalis sıfır emissiya üzrə ambisiyaları hədəf kimi qoymuşuq. 2035-ci ilə kimi buna çatmağı hədəfləyirik. Belə qısa zamanda bu cür hədəfə çatmaq region üçün ilk olacaq. Bakı beynəlxalq limanına regionda ilk dəfə olaraq Avropa Dəniz Limanları assosiasiyası tərəfindən yaşıl liman sertifikatı verilib"- deyə o qeyd edib.
Natavan Ağayeva bildirib ki, COP29-da Bakı Portu tərəfindən «Caspian Research» mərkəzini yaradılması bəyan edilib: "O, elm və biznesi birləşdirərək regionun sinergiyasın təmin edəcək. Eyni zamanda burada Xəzər dənizi problemlərinin araşdırılması üzrə işlər aparılacaq və həll yolları təklif olunacaq".
Oxşar xəbərlər
CICA: Azərbaycan nəqliyyat dəhlizlərinin inkişafında koordinator rolunu oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
MAERSK: Beynəlxalq loqistika operatorlarının diqqəti Orta Dəhlizə yönəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sinqapur şirkəti: Orta dəhlizi "yaşıl yol"a çevirmək istəyirik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nazir müavini: Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransanın şərqində hava limanı təhlükəsizlik səbəbindən boşaldılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












