Moldovalı nazir: Azərbaycandan qaz idxalı enerji tələbatlarımızın təmin edilməsinə imkan verəcək
Moldova Cənub Qaz Dəhlizi təşəbbüsündə mühüm rol oynamaqdadır. Biz Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorundan kommersiya baxımından istifadə edən ilk ölkəyik.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Moldovanın energetika naziri Dorin Junqetu Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, təbii qaz Moldovanın enerji strukturunda mühüm rol oynamaqda davam edəcək.
“Bu, bizim bərpaolunan enerji imkanlarımızı genişləndirəcək. Buna görə də biz istərdik ki, şaquli dəhliz inkişaf etsin. Bu da Moldova energetikasının gələcəyi üçün əsas layihədir. Ümumiyyətlə təchizat mənbələrinin davamlı şəkildə şaxələndirilməsi, o cümlədən Azərbaycandan olan idxal bizim enerji tələbatlarımızın təmin edilməsinə imkan verəcək. Moldova Cənub Qaz Dəhlizinə tam sadiqdir. Enerji təhlükəsizliyi, dayanıqlıq və bazarın inteqrasiyası kimi ümumi maraqlara da sadiqik. Biz birlikdə çətinlikləri aradan qaldıra, yeni imkanlar yarada bilərik və daha təhlükəsiz, daha da çiçəklənən enerji gələcəyimizi hamımız üçün təmin edə bilərik”, - deyə moldovalı nazir əlavə edib.
Oxşar xəbərlər
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
SGC Məşvərət Şurası çərçivəsində əməkdaşlıq üzrə sənədlər imzalanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamenti: Azərbaycan onlarla ölkənin etibarlı təchizatçısına çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ komissarı: Azərbaycanla əməkdaşlığımız qaz təchizatımızın şaxələndirilməsində mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












