Azərbaycanda ötən il 38 mlrd. manatlıq neft və qaz istehsal olunub
sizinxeber.az xəbər saytı

Azərbaycanda ötən il 38 mlrd. manatlıq neft və qaz istehsal olunub


Ötən il Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 41 179,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 1% çoxdur.

Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 38 009,6 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 1,2% çoxdur.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 28 997 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 38 668,6 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 3,6% azalıb, əmtəəlik qaz hasilatı isə 6,2% artıb”, - məlumatda qeyd olunur.

Məlumatda qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 29 063 min ton neft (3,6% azalma) və 50 596,7 mln. kubmetr qaz (4,3% artım) hasil edilib.

Oxşar xəbərlər

Azərbaycanda bu il mədənçıxarma sənayesi istehsalı 30 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda neft və qaz hasilatının ümumi dəyəri artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda mədənçıxarma sənayesi istehsalı 27 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan əmtəəlik qaz hasilatını 6%-dən çox artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il sənaye istehsalı 53 mlrd. manatı ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər