“AzerGold” QSC-də təhlükəsiz iş saatları 5.6 milyona yaxınlaşıb
2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-nin fəaliyyət sahələrində dayanıqlı, təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə digər əlaqəli sahələr üzrə ardıcıl və sistemli tədbirlər həyata keçirib.
Bu barədə "APA-Economics"ə QSC-dən bildirilib.
Nəticədə 2024-cü ilin yanvar-sentyabr ayları ərzində “AzerGold” QSC-də təhlükəsiz iş saatlarının miqdarı 918 min 41 saata, ümumilikdə fəaliyyət dövrü ərzində isə 5 milyon 553 min 988 saata çatıb.
Qeyd edək ki, Səhmdar Cəmiyyəti tərəfindən mədənlərdə və istehsalat sahəsində qanunvericiliyin tələbləri və mütərəqqi beynəlxalq təcrübə əsasında təhlükəsiz əmək şəraiti yaradılıb. Əməkdaşlar müasir tələblərə cavab verən xüsusi geyim dəsti və fərdi mühafizə vasitələri ilə təmin edilirlər. Onların həyat və sağlamlığının qorunması, iş prosesi zamanı bədbəxt hadisələrin qarşısının alınması, həmçinin sağlamlıq, təhlükəsizlik, yanğından mühafizə üzrə digər tələblərə ciddi əməl edilir.
Oxşar xəbərlər
FHN Gəncə şəhərində seminar-müşavirə keçirib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yağış Bakı və Abşeronda fəsadlar yaradıb, FHN qüvvələri hərəkətə keçib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold”un sikkə və külçə kolleksiyalarına tələbat artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“AzerGold” tərəfindən RİİB könüllüləri üçün ÇİRES-ə tanışlıq səfəri təşkil olunub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












