“Şahdəniz"dən indiyədək 227 mlrd. kubmetr qaz hasil edilib
“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2024-cü il tarixinədək 452,2 mlrd. kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 225 mlrd. kubmetr, “Şahdəniz”dən isə 227,2 mlrd. kubmetr qaz hasil olunub.
Bildirilir ki, qeyd olunan yataqlardan indiyə kimi 162 mlrd. kubmetrə yaxın qaz ixraca nəql edilib.
Məlumata görə, bu ilin 8 ayı ərzində ölkədə 33 mlrd. kubmetr təbii qaz hasil edilib. Qazın 8,7 mlrd. kubmetri AÇG, 18,1 mlrd. kubmetri “Şahdəniz”, 1,1 mlrd. kubmetri “Abşeron”, 5,1 mlrd. kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən təqribən 0,8 mlrd. kubmetr artımla qaz hasil edilib.
“Bu dövrdə xaricə qaz satışı 16,4 mlrd. kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 3,1% çoxdur. Avropaya 8,4 mlrd. kubmetr, Türkiyəyə 6,5 mlrd. kubmetr, Gürcüstana isə 1,5 mlrd. kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 3,7 mlrd. kubmetr qaz nəql olunub”, - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
“Mərkəzi Azəri” platformasından indiyədək 1 mlrd. bareldən artıq neft hasil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda 7 ayda 30 milyard kubmetrə yaxın təbii qaz hasil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Şahdəniz”ə bu il 1,7 mlrd. dollara yaxın vəsait xərclənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AÇG-dən indiyədək 596 mln. tona yaxın neft hasil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aİ-də qaz anbarlarının ehtiyatları 95 mlrd. kubmetri ötüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












