Aİ Rusiyadan idxal etdiyi qaz üçün ötən illə müqayisədə bir milyard avro daha çox pul ödəyib
sizinxeber.az xəbər saytı

Aİ Rusiyadan idxal etdiyi qaz üçün ötən illə müqayisədə bir milyard avro daha çox pul ödəyib


2025-ci ilin yanvar-iyun aylarında Avropa İttifaqı (Aİ) Rusiyadan 4,48 milyard avro dəyərində sıxılmış təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən bir milyard avro çoxdur.

APA xəbər verir ki, bu barədə məlumatı "The Brussel Times" nəşri "Eurostat" məlumatlarına istinadla yayıb.

Qeyd olunur ki, ümumilikdə Aİ 2025-ci ilin ilk yarısında təxminən 27 milyard avro dəyərində sıxılmış qaz idxal edib. Bu məbləğin yarısından bir qədər çoxunu avropalılar ABŞ-a ödəyib – ABŞ bloku sıxılmış "mavi yanacağla" təmin edən ən iri təchizatçı olaraq qalır. 2024-cü ildə Avropa İttifaqı sıxılmış qazın 45%-ni ABŞ-dan idxal etmişdi.

Nəşr xatırladır ki, Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalına qadağa qoymağı planlaşdırır. Aİ-yə üzv dövlətlər Rusiya qazı, nüvə enerjisi və neftinin idxalının mərhələli şəkildə dayandırılmasını əhatə edən detallı planlar hazırlamalıdırlar.

Oxşar xəbərlər

Aİ bu ilin sonuna qədər Ukraynaya əlavə 9 milyard avro verəcək
Rusiyadan daha çox mayeləşdirilmiş təbii qaz alan Avropa ölkəsi Fransadır
Aİ sammiti Ukraynaya 2025-ci ildə 30,6 milyard avro ayıracaq
Aİ Ukrayna üçün Rusiya aktivlərindən 2,1 milyard avro mənfəət istəyib
ABŞ ilin sonuna qədər idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edə bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər