Ramana qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
avq
2025
15:50

Ramana qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

06 avq, 2025
15:50
576

Ramana qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Bu gün Ramana qəsəbəsinin bəzi ərazilərində yenidənqurma və gücləndirmə işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

"Azərişıq"dan "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, Sabunçu Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Ramana qəsəbəsində 6 avqust tarixində yenidənqurma və isti hava şəraiti ilə əlaqədar elektrik xətlərində yarana biləcək yüklənmənin qarşısının alınması məqsədilə gücləndirmə işləri həyata keçiriləcək.

Məlumata görə, qeyd olunanlarla əlaqədar olaraq saat 16:30-dan 18:00-dək Şuşa şəhərciyinin ətrafı, Ramana qalasının yaxınlığı, Ramana Sovxoz və Yeni Ramana yaşayış məntəqələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Bizimlə əlaqə saxlayın