Sabah Suraxanı və Yardımlının bəzi ərazilərində işıq olmayacaq
sizinxeber.az xəbər saytı

Sabah Suraxanı və Yardımlının bəzi ərazilərində işıq olmayacaq


Sabah bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə "Sizinxeber.az"a "Azərişıq" ASC-dən bildirilib.

Məlumata görə, Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisinə daxil olan Yeni Ramana qəsəbəsində 6 kV-luq hava xəttində aparılan təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 09:30-dan saat 13:00-dək qəsəbənin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Bununla yanaşı, Yardımlı Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən və yeni tikilən 35/10 kV-luq “Sırıq” yarımstansiyasının sxemə qoşulması, həmçinin 35 kV-luq hava xəttində aparılacaq təmir işləri ilə əlaqədar yanvarın 24-də elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 12:00-dan saat 14:00-dək şəhərin bir sıra mərkəzi küçələrində, eləcə də Allar, Bürzünbül, Çay Üzü, Dağ Üzü, Daşkənd, Köryədi, Kürəkçi, Sırıq, Vəlixanlı, Vərgədüz kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.

Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Oxşar xəbərlər

Bakı, Cəlilabad və Lənkəranın bir hissəsində işıq olmayacaq
Bu gün Şağan qəsəbəsində işıq olmayacaq
Binə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Sabah Albalılıq qəsəbəsində işıq olmayacaq
Masazır qəsəbəsində işıq olmayacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər