sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şüvəlanda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq 21 may tarixində Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq.
Sizinxeber.az xəbər verir ki, bu haqda "Azərişıq" ASC-dən məlumat verilib.
Məlumatda bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Oxşar xəbərlər
Binə qəsəbəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Sabunçu rayonunun bir hissəsində işıq olmayacaq
Suraxanı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Sabah Binəqədinin bir sıra qəsəbələrində elektrik enerjisi olmayacaq
Binə qəsəbəsində işıq olmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













