Nəcməddin Dönməz: "Azərbaycan qazının Suriyaya ixracı enerji əməkdaşlığını gücləndirəcək"
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı qardaş ölkə ilə enerji əlaqələrini daha da gücləndirəcək.
“Report”un Türkiyənin Kilis şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) Elbeyli rayon təşkilatının sədri Nəcməddin Dönməz Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimindən əvvəl jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı möhkəmləndirəcək:
“Azərbaycan qazının məmləkətimiz üzərindən Suriyaya çatdırılması qardaş ölkələrlə enerji bağlarımızı daha da möhkəmləndirəcək. Bu tarixi hadisənin iştirakçısı olmaqdan qürur duyuram”.
N. Dönməz qeyd edib ki, bu mühüm layihə hər üç ölkə üçün strateji əhəmiyyət daşıyır:
“İnanıram ki, bu addım həm Türkiyə, həm Azərbaycan, həm də Suriya üçün faydalı olacaq. Ümid edirəm ki, Suriyanın bərpası və enerji təhlükəsizliyinin təmin olunması istiqamətində Azərbaycan bundan sonra da fəal təşəbbüslərlə çıxış edəcək”.
Oxşar xəbərlər
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək
Azərbaycan qazının Suriyaya tədarükünə avqustun 1-dən başlanacaq
Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına start verilib
Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək – Kilisdə rəsmi mərasim keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
