Sabah Azərbaycan qazının Suriyaya ixracına start veriləcək – Kilisdə rəsmi mərasim keçiriləcək
Avqustun 2-də Azərbaycan təbii qazının Türkiyə ərazisindən keçərək Suriyaya ixracına başlanılacaq.
APA xəbər verir ki, bu münasibətilə Türkiyənin Kilis şəhərində rəsmi tədbir keçiriləcək.
Azərbaycan ilə Suriya arasında enerji əməkdaşlığı
Yeni ixrac marşrutu Azərbaycan ilə Suriya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi və Azərbaycanın Yaxın Şərq regionundakı fəaliyyətinin intensivləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Layihə həmçinin Azərbaycanın enerji ixracı üzrə coğrafi şaxələndirmə siyasətinin növbəti uğurlu nəticəsi kimi qiymətləndirilir.

Xatırladaq ki, bu ilin iyul ayında Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana rəsmi səfər edib. Bundan əvvəl isə Antalya Diplomatiya Forumu çərçivəsində Prezident İlham Əliyevlə görüş keçirilib. Görüşlər zamanı Azərbaycan tərəfi Suriyanın münaqişədən sonrakı dövrdə inkişafına və bərpa-quruculuq proseslərinə töhfə verməyə hazır olduğunu bəyan edib.
Azərbaycanın enerji ixracı coğrafi baxımdan genişlənir
Prezident İlham Əliyevin tapşırığına əsasən Baş nazirin müavini Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti, eləcə də Xarici İşlər Nazirliyinin nümayəndələri Suriyada səfərdə olub, ölkənin iqtisadi dirçəlişinə Azərbaycanın göstərə biləcəyi dəstək imkanları müzakirə edilib.
Azərbaycan qazının Suriya bazarına çıxarılması yeni əməkdaşlıq istiqaməti kimi qiymətləndirilir. Hazırda Azərbaycan 12 ölkəyə, əsasən də Avropa dövlətlərinə qaz ixrac edir. Yaxın Şərqə yönəlmiş ixrac xətti isə ölkənin enerji strategiyasında yeni bir mərhələdir. Eyni zamanda, Suriya gələcəkdə yalnız idxalçı deyil, həm də tranzit ölkə qismində çıxış edə bilər.
Oxşar xəbərlər
Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan qazı avqustun 1-dən Suriyaya nəql olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












