Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək
Azərbaycan qazı yaxın zamanlarda Suriyaya ixrac ediləcək.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə geniş tərkibdə görüşündə bildirilib.
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilib. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılıb.
Oxşar xəbərlər
Yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsi həyata keçiriləcək
Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
Samir Şərifov Suriyaya səfər edəcək, Əhməd Əl Şaraa ilə görüşəcək - EKSKLÜZİV
Prezident İlham Əliyevin Suriyanın keçid dövrü Prezidenti ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Prezident: Suriyada yeni hakimiyyətdən sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













