IEA 2025-2026-cı illər üçün neftə tələbat artımı proqnozunu azaldıb
sizinxeber.az xəbər saytı

IEA 2025-2026-cı illər üçün neftə tələbat artımı proqnozunu azaldıb


Beynəlxalq Enerji Agentliyi (IEA) bu il üzrə dünya üzrə neftə tələbat artımı proqnozunu gündəlik 700 min barelədək endirib. Bu göstərici 2009-cu ildən bəri, pandemiyanın təsir etdiyi 2020-ci il istisna olmaqla, ən aşağı illik artım səviyyəsidir.

Bu barədə “Sizinxeber.az-Economics” Beynəlxalq Enerji Agentliyinin aylıq hesabatına istinadən xəbər verir.

“2025-ci ildə dünya üzrə neftə gündəlik tələbat ötən illə müqayisədə 700 min barel artacaq ki, bu da 2009-cu ildən bəri ən zəif artımdır (2020-ci il istisna olmaqla). Bu rəqəm keçən ayki hesabatımızda təqdim olunan proqnozdan bir qədər aşağıdır. Səbəbi isə 2025-ci ilin ikinci rübündə tədarüklə bağlı göstəricilərin gözləniləndən aşağı olmasıdır”, – hesabatda qeyd olunur.

Yeni hesabatda təşkilat 2024-cü il üçün neftə tələbat göstəricisini də aşağı salıb – əvvəlki hesabatda bu rəqəm gündəlik 103,04 mln. barel səviyyəsində göstərilmişdi, sonuncu qiymətləndirməyə əsasən isə ötən il tələbat 102,98 mln. barel təşkil edib. 2025-ci idə isə qeyd olunan göstəricinin 103,68 mln. barel səviyyəsində olacağı proqnozlaşdırılır. Beləliklə, cari ilin nəticələrinə görə, gündəlik tələbatın artım 700 min barel təşkil edəcək.

Agentliyin proqnozlarına əsasən, 2026-cı ildə dünya üzrə neftə ortaillik gündəlik tələbat artımı 720 min barel olacaq (ötən ay bu rəqəm 740 min barel olaraq qiymətləndirilmişdi). Nəticədə 2026-cı ildə qlobal gündəlik tələbat 104,4 mln. barelə çatacaq.

Oxşar xəbərlər

Beynəlxalq Enerji Agentliyi qlobal neft tələbatı üzrə proqnozunu azaldıb
EIA gələn il üçün maye karbohidrogenlərin qlobal tələbatı üzrə proqnozunu açıqlayıb
EIA qlobal neft tələbatı üzrə proqnozunu artıma doğru korreksiya edib
EIA 2024-2025-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu korreksiya edib
EIA qlobal neft tələbatı üzrə proqnozunu artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər