Böyük Britaniya ilə vergi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Orxan Nəzərli Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyasının (HMRC) ekspertləri Entoni Klark və Stefen Denyerlə görüş keçirib.
Bu barədə “Sizinxeber.az-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətləri, tərəfdaşlığın gücləndirilməsi imkanları və beynəlxalq əməkdaşlığın təşviqi barədə müzakirələr aparılıb. Tərəflər birgə fəaliyyətin şaxələndirilməsi məsələləri, eyni zamanda, ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi ilə bağlı fikirlərini bölüşüblər.
Görüş zamanı Sərhədsiz Vergi Müfəttişləri (SVM) Proqramı çərçivəsində birgə əməkdaşlıq, qarşılıqlı məlumat mübadiləsi, vergidən yayınma halları ilə mübarizə, transfer qiymətlərinin tənzimlənməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi kimi sahələrdə tərəfdaşlıq təşəbbüsləri nəzərdən keçirilib. Qeyd olunub ki, əlaqələrin möhkəmləndirilməsi hər iki ölkə üçün vergi sistemlərinin inkişafı, iqtisadi təcrübələrin və investisiya mühitinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Vergi inzibatçılığı sahəsində müştərək təşəbbüslərin artırılması üçün mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb. Görüş iştirakçıları birgə əməkdaşlığın inkişafına töhfə verən təşəbbüslərin davamlı olacağını qeyd ediblər.
Oxşar xəbərlər
Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycanla Sinqapurun vergi inzibatçılığı sahəsində hüquqi-normativ bazasının yaradılması müzakirə edilib
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
