Azərbaycanla Sinqapurun vergi inzibatçılığı sahəsində hüquqi-normativ bazasının yaradılması müzakirə edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Sinqapurun Daxili Gəlirlər İdarəsinin rəhbəri və baş icraçı direktoru Fuk Çuen Ou ilə videoformatda görüş keçirib.
Bu barədə “APA-Economics”ə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi, vergi inzibatçılığı sahəsində əməkdaşlığın prioritetləri və hüquqi-normativ bazasının yaradılması müzakirə edilib. Görüş zamanı ölkələrimiz arasında vergi əməliyyatları çərçivəsində risklərin idarə edilməsi, qarşılıqlı məlumat mübadiləsi, rəqəmsal vergi inzibatçılığı, vergi fırıldaqçılığı və vergidən yayınma halları ilə effektiv mübarizə və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergi sahəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb, inzibatçılığın təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələr nəzərdən keçirilib.
IOTA prezidenti Orxan Nəzərli Fuk Çuen Ounu təşkilatın Bakıda keçiriləcək 29-cu Assambleyasında iştiraka dəvət edib.
Oxşar xəbərlər
Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Azərbaycan İsveçrə ilə vergi üzrə yeni əməkdaşlıq imkanlarını müzakirə edib
DVX rəisi: "Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
