Şahin Bağırov: Kölgə iqtisadiyyatının qarşısının alınması istiqamətində ciddi addımlar atılıb
Vergilərdən yayınma hallarına qarşı mübarizə istiqamətində aparılan islahatlar, Azərbaycanda vergi sisteminin müasirləşdirilməsi
və qlobal iqtisadiyyata inteqrasiyasını stimullaşdırır.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bu gün keçirilən “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forumda deyib.
O bildirib ki, iqtisadi təhlükəsizliyimizə ciddi təhdid yaradan kölgə iqtisadiyyatının qarşısının alınması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşması istiqamətində ciddi addımlar atılıb.
"Vergi qanunvericiliyin daim təkmilləşdirilməsi ilə yanaşı, təlim təsis proseslərinin diqqətdə saxlanılması vasitəsilə vergi xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılması Dövlət Vergi Xidmətinin daha səmərəli fəaliyyət göstərməsinə təsir göstərib" - deyə Şahin Bağırov qeyd edib.
Oxşar xəbərlər
Bakıda "Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” adlı Forum keçirilir
Azərbaycanda yeni vergi strategiyası hazırlanıb
Mikayıl Cabbarov: "Dayanıqlı iqtisadi inkişafda vergi xidmətinin böyük rolu var"
Gələn il mikro sahibkarlara vergi güzəştləri tətbiq ediləcək
Azərbaycanda “yaşıl” vergilər üzrə beynəlxalq təcrübə araşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













