Ötən il Azərbaycana əhali tərəfindən 2 mlrd. dollara yaxın məhsul idxal edilib
Ötən il Azərbaycanın ümumi məhsul ixracı 26.5 milyard ABŞ dolları, idxalı isə 21 milyard 58 milyon ABŞ dolları təşkil edib
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan malların çeşidlərinin sayı 3 444 ədəd, idxal olunan malların çeşidlərinin sayı isə 7 774 ədəd təşkil edib.
2024-cü ildə ixrac əməliyyatlarının 51.57%-i ( 13 milyard 693.8 milyon ABŞ dolları) özəl sektor, 47.8%-i ( 12 milyard 693.9 milyon ABŞ dolları) dövlət sektoru, 0.63%-i ( 166,3 milyon ABŞ dolları) isə fiziki şəxslər tərəfindən reallaşdırılıb.
Ötən il idxal əməliyyatlarının 60.6%-i ( 12 milyard 761.9 milyon ABŞ dolları) özəl sektorun, 29.98%-i ( 6 milyard 314.2 milyon ABŞ dolları) dövlət sektorunun, 9.42%-i ( 1 milyard 981.8 milyon ABŞ dolları) isə fiziki şəxslərin payına düşüb.
Qeyd edək ki, ötən il əvvəlki illə müqayisədə dövlət sektoru tərəfindən idxal olunan məhsulların həcmi 2.2 dəfə və ya 3.4 milyard ABŞ dolları artıb.
Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 avqust 2020-ci il tarixli 303 nömrəli qərarı ilə vətəndaşın şəxsi məqsədlər üçün gömrük rüsumu ödəmədən bir ay ərzində xaricdən beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə vasitəsilə sifariş etdiyi bağlamanın dəyəri 1000 ABŞ dollarından 300 ABŞ dollarına endirilib.
Oxşar xəbərlər
Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 62%-dən çox azalıb
Azərbaycan qeyri-neft-qaz ixracını cüzi artırıb
Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
