Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu ilə tanış olub - FOTO
sizinxeber.az xəbər saytı

Leyla Əliyeva COP29-da “Azərsun Holdinq” pavilyonu ilə tanış olub - FOTO


Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva COP29 çərçivəsində “Azərsun Holdinq” pavilyonuna baş çəkib. Leyla xanıma pavilyon daxilində təqdim olunan innovativ həllər və yeni süni intellekt layihələri olan ECONAR və ECO19-la bağlı məlumat verilib. Daha sonra “Azerçay”ın xüsusi hədiyyə dəsti təqdim olunub.

Artıq bir neçə gündür davam edən layihə çərçivəsində COP29-un Dayanıqlı İnkişaf Tərəfdaşı "Azərsun Holdinq" Yaşıl zonada yerləşən pavilyonunda ziyarətçiləri qəbul edir. Media nümayəndələri və müxtəlif şirkətlərin əməkdaşları pavilyon daxilində keçirilən tədbirdə müzakirələrə qoşulurlar. Mövzular əsas etibarilə ilə süni intellekt və təkrar emal, sağlam həyat ilə bağlı olur.

Qeyd edək ki, 1991-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Azərsun Holdinq” dayanıqlı inkişafın təminatı üçün illərdir müxtəlif layihələr həyata keçirir. Bunun nəticəsidir ki, ölkəmizdə keçirilən dünya əhəmiyyətli, beynəlxalq layihə olan COP29-un Dayanıqlı İnkişaf tərəfdaşı olaraq çıxış edir.

Oxşar xəbərlər

“Azərsun” COP29-un ilk günündə keçirəcəyi tədbirləri açıqladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərsun Holdinq”in COP29 hazırlıqları yekunlaşmaq üzrədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərsun Holdinq” Cəbrayıla köçən ailələrə sovqat çatdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29 Blue zonada çay təminatçısı "Azerçay"dır - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərsun Holdinq”in minifutbol komandası ikiqat Avropa çempionu olub - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər