“AL Market” jurnalistlərin övladları üçün müsabiqə keçirib
Yüksək keyfiyyət, uyğun qiymət şüarı ilə istehlakçıların gündəlik ərzaq tələbatını daha sərfəli qiymətlərlə təklif edən “AL Market” maraqlı layihələrini davam etdirir.
Bu dəfə Mətbuat Şurası ilə birgə “Məktəbə qayıdış” layihəsi çərçivəsində media nümayəndələrinin övladları arasında esse müsabiqəsi təşkil edilib. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini, eyni zamanda, COP29-un ölkəmizdə keçirilməsini nəzərə alaraq “Təbiəti necə qoruyaq” başlıqlı mövzu seçilib.
İki mərhələdən ibarət müsabiqənin ilkin mərhələsində uşaqlar təbiəti qorumaqla bağlı düşüncələrini bölüşüb. Yazılar Mətbuat Şurasının yoxlamasından keçdikdən sonra qaliblər “Dream Əyləncə Mərkəzi”ndə açıqlanıb və bütün uşaqlar bolluca əyləniblər. Müsabiqənin qaliblərini isə “AL Market”dən maraqlı hədiyyələr verilib. 1-ci yerin sahibi İzzət Əliyevə notbuk, 2-ci və 3-cü yerlərin sahibləri Rüqəyya Vəlizadə və Damla Abdulqədirliyə isə planşet hədiyyə olunub.
Qeyd edək ki, Azərbaycanın hər tərəfində yüzlərlə filialı ilə fəaliyyət göstərən “AL Market” mağazaları ərzaq və qeyri-ərzaq məhsulları üzrə çeşidliliyini yerli və qlobal brendlər, həmçinin özünəməxsus məhsulları ilə zənginləşdirir.
Oxşar xəbərlər
Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 12-ci Beynəlxalq “Caspian Energy Forum”u keçirilir - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Övladlığagötürmə üzrə e-sistem “dotCOMM Awards” müsabiqəsinin qalibi seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Media nümayəndələri “Bakcell”in “Formula 1” stendini ziyarət ediblər - FOTOLENT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












