"Minasız Azərbaycan” yaradıcılıq müsabiqəsinin qalibləri seçilib
Aprelin 3-də "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi" adlı tədbir çərçivəsində "Minasız Azərbaycan" yaradıcılıq müsabiqəsinin final mərhələsi keçirilib.
Sizinxeber.az xəbər verir ki, müsabiqənin məqsədi yaradıcı yanaşma ilə mina təhlükəsizliyi mövzusunda uşaqlar arasında maarifləndirməni genişləndirmək olub. Rəsm, heykəltaraşlıq, video və süni intellekt vasitəsilə yaradılan qrafik dizayn nominasiyaları üzrə keçirilən "Minasız Azərbaycan" yaradıcılıq müsabiqəsinə məktəblilər tərəfindən 100-dən çox rəsm, heykəltaraşlıq, süni intellekt (AI) ilə yaradılmış qrafik dizayn, mina təhlükəsi ilə bağlı maarifləndirici vizual materiallar, fotoşəkil və digər yaradıcılıq nümunələri təqdim edilib.
Final mərhələsində müsabiqəyə təqdim olunan işlər arasından dörd nominasiya üzrə I, II, III yerlər üzrə qaliblər seçilərək diplom və mükafatlarla təltif olunublar.
Tədbir zamanı sərgilənən yaradıcılıq nümunələri iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və mina təhlükəsizliyi mövzusunda maarifləndirmə işlərinin yaradıcı yanaşma ilə aparılmasının əhəmiyyəti bir daha vurğulanıb.
Tədbir çərçivəsində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və 1 saylı 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün sosial xidmət müəssisəsinin birgə təşkil etdiyi sərginin hazırlıq mərhələsində uşaqlar peşəkar müəllim və metodistlərin rəhbərliyi ilə mina təhlükəsizliyi mövzusunda öz rəsm əsərlərini yaradıblar.
Qeyd edək ki, 4 Aprel – Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsinə qarşı Mübarizə Gününə həsr olunan, Elm və Təhsil Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən "Minasız Azərbaycan" – Uşaqların Yaradıcı Gücü ilə Mina Təhlükəsizliyi" adlı tədbirin əsas məqsədi uşaqlara mina təhlükəsizliyi barədə biliklərin aşılanması və bu istiqamətdə yaradıcı potensiallarının inkişaf etdirilməsi olub.
Oxşar xəbərlər
Əlilliyi olan şəxslərin XII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib
COP29 çərçivəsində “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi keçiriləcək
Qarabağ Universitetində mina və partlayıcı sursatlarla bağlı maarifləndirici görüş keçirilib
İƏT-in “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
Azərbaycan Beynəlxalq Kosmik Poster Müsabiqəsində 14 ölkə arasında birinci olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












