Bir ekosistemi "Money 20/20 Europe" tədbirində: "PashaPay" və "Mastercard" strateji əməkdaşlığa başlayır
sizinxeber.az xəbər saytı

Bir ekosistemi "Money 20/20 Europe" tədbirində: "PashaPay" və "Mastercard" strateji əməkdaşlığa başlayır


Amsterdam şəhərində keçirilən və dünyanın aparıcı fintex tədbirlərindən biri sayılan "Money 20/20 Europe" forumunda Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosisteminin fintex şirkəti "PashaPay" ölkəmizi təmsil edir. 3–5 iyun 2025-ci il tarixlərini əhatə edən tədbirdə "PashaPay" öz stendi ilə çıxış edərək Azərbaycanın innovativ rəqəmsal maliyyə həllərini beynəlxalq arenada nümayiş etdirir.

"Money 20/20 Europe" maliyyə və texnologiya sahəsində dünyanın ən nüfuzlu qlobal platformalarından biridir. Tədbirdə dünyanın aparıcı fintex liderləri, innovativ startapları və iri maliyyə institutları iştirak edərək yeni tərəfdaşlıqlar qurur, gələcək trendləri formalaşdırır və birgə innovativ layihələrə imza atırlar.

Forum çərçivəsində Bir ekosisteminin beynəlxalq tərəfdaşlıq gündəliyinə uyğun olaraq mühüm əməkdaşlıqlardan birinə də imza atılıb. Belə ki, "PashaPay", rəqəmsal ödəniş texnologiyaları sahəsində qlobal lider olan "Mastercard" ilə Anlaşma Memorandumu imzalayıb. Bu əməkdaşlığın məqsədi Azərbaycanda innovativ rəqəmsal maliyyə həllərinə çıxışı genişləndirməkdir.

Əməkdaşlıq çərçivəsində tərəflər kibertəhlükəsizlik, rəqəmsal identifikasiya və fırıldaqçılıqdan qorunma texnologiyaları sahəsində birgə fəaliyyət göstərəcək. Eyni zamanda, "Mastercard"ın “MoneySend”, “Cross-Border Send” və “Alias Directory” kimi xidmətləri vasitəsilə beynəlxalq pul köçürmələrinə daha geniş çıxış imkanlarının yaradılması da nəzərdə tutulur.

Qeyd edək ki, Bir ekosisteminin əsas şirkətlərindən biri olan "Kapital Bank" da öz nümayəndə heyəti ilə "Money 20/20 Europe" forumunda iştirak edir. Belə ki, bankın rəhbər şəxsləri tədbir çərçivəsində beynəlxalq maliyyə institutları ilə təcrübə mübadiləsi aparır, qabaqcıl rəqəmsal bankçılıq və fintex trendləri ilə tanış olur, həmçinin müxtəlif "workshop" və müzakirələrdə iştirak edərək sektorun son yeniliklərini öyrənirlər.

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir, Birbank, m10, MilliÖn, Umico.az, BakıKart və Trendyol Azərbaycan kimi ölkənin aparıcı brendlərini vahid çətir altında birləşdirir. "PAŞA Holding" tərəfindən yaradılmış bu ekosistem 2025-ci il fevralın 7-də ictimaiyyətə təqdim olunub. Bir, istifadəçilərin gündəlik maliyyə, alış-veriş və nəqliyyat ehtiyaclarını vahid və innovativ yanaşma ilə qarşılayaraq onlara inteqrasiya olunmuş istifadə təcrübəsi təqdim edir.

Oxşar xəbərlər

Bir ekosistemi Money 20/20 Europe tədbirində: PashaPay və Mastercard strateji əməkdaşlığa başlayır
"PashaPay" "Bir" ekosistemini qlobal "Money20/20 Europe" tədbirində təmsil edəcək
Türk Dövlətləri Fintex Alyansı yaradılıb
"Mastercard" dayanıqlılıq mövzusunda “Sandbox as a Service” hakatonunun qaliblərini elan edir - FOTO
"Mastercard" və ABB dayanıqlılıq hakatonuna başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər