Ərazi Tikinti-Planlaşdırma Mərkəzi zərərini azaldıb
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi 2024-cü ili 1,638 milyon manat xalis zərərlə başa vurub.
“Report” Mərkəzin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,4 dəfə azdır.
Ötən il Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin əsas əməliyyat gəlirləri 18,04 milyon manat (illik müqayisədə 43,7 % çox), sair əməliyyat gəlirləri 31,358 milyon manat (25,2 % çox), ümumi inzibati və sair əməliyyat xərcləri 13,567 milyon manat (16,8 % çox), sair əməliyyat xərcləri 36,187 milyon manat (23 % çox), maliyyə xərcləri 2 min manat (4,2 dəfə az), mənfəət vergisi ödəmələri isə 1,282 milyon manat (2,4 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin aktivləri 85,01 milyon manat olub ki, bu da, illik müqayisədə 11 % azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri 11,7 % azalaraq 66,771 milyon manata, balans kapitalı isə 8,2 % azalaraq 18,239 milyon manata düşüb.
Xatırladaq ki, Ərazi Tikinti-Planlaşdırma MərkəziPrezident İlham Əliyevin 19 mart 2019-cu il tarixli fərmanı ilə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin tabeliyində olan Xüsusi Layihə-Smeta Bürosu və Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Eyni fərmanla Mərkəzin Nizamnaməsi və göstərdiyi ödənişli xidmətlərin siyahısı təsdiqlənib. Qurumun fəaliyyət istiqamətləri şəhərsalma, ərazi planlaşdırılması və memarlıq sahələrində mövcud mexanizmləri təkmilləşdirməklə bu sahələri inkişaf etdirmək, göstərilən xidmətlərin keyfiyyətinin artırmaq, həmin sahələr üzrə mövcud vəziyyətin təhlilini həyata keçirməkdən ibarətdir.
Oxşar xəbərlər
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
"Şahdağ Turizm Mərkəzi"nin yığılmış zərəri 100 milyon manatı keçib
Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” I yarımildə 17 milyon manat zərər edib
SOCAR-ın xalis mənfəəti 9 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bölgələrdə PENSİYALAR bu tarixdə ÖDƏNİLƏCƏK
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Azərbaycandan səsləri o açıqlayacaq
-
İrandan Hörmüzdə yeni mexanizm: Yalnız bu ölkələr...
