

Azərbaycan və Qazaxıstan maliyyə sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Azərbaycan və Qazaxıstan arasında maliyyə sektorunda əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları müzakirə edilib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, Qazaxıstanın Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyinin sədri Mədinə Abılkasımovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri baş tutub. Səfər zamanı AMB-nin sədri Taleh Kazımov Qazaxıstan nümayəndə heyəti ilə görüşüb.
Görüşdə AMB-nin həyata keçirdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası” və onun çərçivəsində icra olunan strateji təşəbbüslər barədə geniş məlumatı Qazaxıstan nümayəndə heyətinin diqqətinə çatdırıb.
Görüş zamanı Qazaxıstan agentliyinin sədri maliyyə sabitliyinin təmin olunması, bank və sığorta nəzarəti sahəsində tətbiq olunan yanaşmalar, həmçinin maliyyə bazarlarının tənzimlənməsi sahəsində ölkəsinin təcrübəsi haqqında ətraflı məlumat verilib. Həmçinin Qazaxıstanda rəqəmsallaşma istiqamətində həyata keçirilən layihələr və bu istiqamətdə görülən işlərə dair təqdimat keçirilib.
Görüş qurumlar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları və ikitərəfli maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.
Oxşar xəbərlər
Azərbaycan və Çin bank sektorunda institusional əməkdaşlığı dərinləşdirə bilər
Azərbaycan və Gürcüstanın milli bankları əməkdaşlığın yeni mərhələsinə keçib
Azərbaycan və Qazaxıstan fond bazarının inkişaf perspektivini müzakirə edib
Azərbaycan fintexləri ilə birgə həyata keçiriləcək təşəbbüslər müzakirə edilib
AMB-də COP29 zamanı planlaşdırılan fəaliyyət müzakirə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
