Azərbaycan bankları I rübdə “Bloomberg” ticarət sistemində 1 200-ə yaxın təminatsız əqd bağlayıb
Bu ilin I rübündə Azərbaycan bankları “Bloomberg” ticarət sistemində banklar ümumi dəyəri 22,6 milyard manat olan 1 162 ədəd təminatsız əqd bağlayıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Pul siyasət icmalı"nda bildirilir.
Sənədə əsasən, bu əməliyyatların məbləğ olaraq 94 %-i 1-3 günlük olub.
Yanvar-mart aylarında banklararası repo bazarında isə ümumi dəyəri 2,4 milyard manat olan 133 əqd bağlanılıb. Bu əqdlərin məbləğ olaraq 11 %-i 1-3 günlük, 87 %-i isə 6-8 günlük əməliyyatlar olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə təminatsız pul bazarında bağlanılan əqdlərin məbləği 1,7 dəfə, banklararası repo bazarındakı əməliyyatların məbləği isə 2,1 dəfə artmışdır.
Ümumilikdə, hesabat dövründə banklararası bazarın həm təminatsız, həm də təminatlı sektorunda yüksək aktivlik müşahidə olunub.
Oxşar xəbərlər
Azərbaycan bankları 11 ayda "Bloomberg"də 94 milyard manatlıq əqd bağlayıb
AMB: Not emissiyası 3 dəfədən çox azalıb
"Bakı Fond Birjası"nın dövriyyəsi 3 dəfəyə yaxın artıb
"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
