İslam İnkişaf Bankı Qrupunun 10 illik strateji fəaliyyət planı hazırlanıb
sizinxeber.az xəbər saytı

İslam İnkişaf Bankı Qrupunun 10 illik strateji fəaliyyət planı hazırlanıb


İslam İnkişaf Bankı Qrupunun 10 illik strateji fəaliyyət planı hazırlanıb.

Bu barədə Sizinxeber.az-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir.

2026 - 2035-ci illəri əhatə edəcək plan bankın göstərilən dövrədək olan institusional strateji yanaşmasını özündə ehtiva edir.

Sənəd həmçinin, İslam İnkişaf Bankının insanın fərdi inkişafındakı mühüm rolunu və bu sahədə tətbiq etdiyi strategiyanı da müəyyən edir.

Sənəddə bankın 2024-cü il ərzindəki fəaliyyətinə də toxunulub.

Bildirilib ki, İslam İnkişaf Bankı göstərilən dövr ərzində təqribən 9 milyard dollar həcmində layihəni maliyyələşdirib ki, bunun da 2 milyardı kənd təsərrüfatı, 1,5 milyard dolları nəqliyyat, 918 milyon dollarlıq maliyyələşmə isə enerji sahəsindəki layihələrin payına düşür.

Oxşar xəbərlər

İİB-nin illik toplantısında 13-cü Özəl Sektor forumu başlayıb
İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
İİB üzv ölkələrdə strateji layihələrin həyata keçirilməsi məqsədilə 1,32 miilyard dollar vəsaitin ayrılmasını təsdiqləyib
İslam İnkişaf Bankının 13-cü Özəl Sektor forumu başlayıb
Əlcəzairdə İslam İnkişaf Bankının ənənəvi toplantısı işinə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər