"Kapital Bank" ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərə qatılıb
"Kapital Bank" ASC Azərbaycan Texnologiya Universitetində (ATU) keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub.
Tədbirlər çərçivəsində baş tutmuş “Universitet-sənaye əlaqələri” forumunda Bankın "Gəncə" filialının müdiri Vüqar Paşayev spiker qismində çıxış edib. O, forum iştirakçıları ilə öz karyera yolu, bank sektorunda karyera imkanları, gənclərin bu sahədə inkişafı üçün vacib bacarıqlar və şəxsi keyfiyyətlər barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb. Panel müzakirəsi formatında keçirilən forumun məqsədi universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera istiqamətində dəstək göstərmək olub.
Bununla yanaşı, "Kapital Bank" ali təhsil müəssisəsində keçirilən Karyera sərgisində də təmsil olunub. Sərgi zamanı bankın stendinə yaxınlaşan tələbələrə bankda mövcud vakansiyalar, təcrübə proqramları və gənclərə yönəlik karyera imkanları barədə ətraflı məlumat verilib.
Tədbirlərin davamı olaraq keçirilən Karyera təlimlərində isə "Kapital Bank"ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova “Karyera inkişafı və şəxsi brendin yaradılması” mövzusu ilə çıxış edib. IV kurs tələbələri düzgün karyera seçimi, müsahibəyə hazırlıq və müsahibə mərhələsində uğur qazanmaq mövzuları üzrə praktiki tövsiyələr alıblar.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , "Birbank" kartı sifarişi üçün — .
Oxşar xəbərlər
Kapital Bank ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
Bu il ADA Universitetində Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb
"Kapital Bank" tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi
"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirilib
Kapital Bank tələbələrə karyera yolunda yeni imkanları yaratmağa davam edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir








