Bu il ADA Universitetində Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb
Bu il ADA Universitetində Karyera Sərgisində iştirak edən şirkətlərin sayı rekord həddə çatıb.
"Report" xəbər verir ki, bunu ADA Universitetinin Karyera Xidmətləri ofisinin meneceri Təranə Aslanova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda sərgidə 152 şirkət və dövlət qurumları təmsil olunur:
"Bu il ADA universitetində 13-cü karyera sərgisi təşkil olunur. Bu sərgi artıq ənənə halını alınıb. Sərgidə həm məzunlar, həm də tələbələr iştirak edir. Hazırda təmsil olunan şirkətlər müxtəlif sənaye sahələri üzrə təqdimatlar edirlər. Bunlara bank, maliyyə, istehsalat və sair aiddir".
T.Aslanova onu da qeyd edib ki, sərgi tələbə və məzunlara birbaşa şirkət nümayəndələri ilə əlaqəyə keçməyə imkan yaradır:
"Onlar şirkət nümayəndələrinə öz CV-lərini təqdim edirlər. Şirkət nümayəndələri də daxildə olan təcrübə proqramları, eləcə də iş imkanları barədə tələbə və məzunları məlumatlandırırlar".
Oxşar xəbərlər
Azərbaycan 6-cı Çin Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sumqayıt Dövlət Universitetində məzunlarla görüş keçirildi
"Azercell Telecom" “ADA Employability Week 2025” təşəbbüsünə qatılıb
"Kapital Bank" tələbələr üçün “Emosional zəka” mövzusunda təlimlər keçirdi
ADEX sərgisində 37 ölkədən 218 şirkət iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








