"Expressbank" biznes müştəriləri üçün tətbiqini istifadəyə verdi
sizinxeber.az xəbər saytı

"Expressbank" biznes müştəriləri üçün tətbiqini istifadəyə verdi


Daim müştərilərinin rahatlığını düşünən "Expressbank" ASC biznes müştərilərinə daha çevik və müasir bankçılıq təcrübəsi təqdim etmək üçün yeni “Express Business” mobil tətbiqini istifadəyə verdiyini elan edir.

Bu tətbiq vasitəsilə sahibkarlar və şirkət nümayəndələri artıq ofisdən çıxmadan və ya hər hansı banka getmədən öz maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə idarə edə biləcəklər.

Yeni tətbiq nələri təklif edir?

“Express Business” tətbiqi vasitəsilə müştərilər aşağıdakı imkanlardan yararlana biləcəklər:

  • Asan İmza və ya OTP (birdəfəlik parol) ilə təhlükəsiz giriş
  • Birdən çox şirkəti olan müştərilər üçün hesablar arasında sürətli keçid
  • Maliyyə vəziyyətinin istənilən an izlənməsi
  • Bankdaxili, hesablararası və ölkədaxili köçürmələrin icrası
  • Ödəniş və köçürmələrə tam nəzarət
  • Sənədlərin mobil cihaz və ya veb üzərindən imzalanması imkanı
  • Kart və hesab məlumatlarına baxış, çıxarışların əldə edilməsi, kartların bloklanması və ya blokdan çıxarılması funksiyaları

"Expressbank" bildirir ki, bu yenilik biznes sahiblərinə vaxta qənaət, əməliyyatlara nəzarətdaha çevik icra imkanı verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır və istifadəsi tamamilə ödənişsizdir.

Yeni tətbiq "Expressbank"ın rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi olaraq, müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

“Expressbank” Azərbaycan Mərkəzi Bankının verdiyi 30 dekabr 1992-ci il tarixli №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Oxşar xəbərlər

Expressbank biznes müştəriləri üçün tətbiqini istifadəyə verib
Onlayn sərəncam ödənişləri "Expressbank"da
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
“UForex” hesabını “SİMA İmza” ilə aç!
Banka getmədən “SİMA İmza” ilə onlayn əmanət hesabı açın!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər