Qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı
sizinxeber.az xəbər saytı

Qohumunun evindən 20 minlik oğurluq edən şəxs saxlanıldı


Xətai rayonunda qohumunun evindən 20 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Sizinxeber.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai rayonunda yerləşən evlərin birindən naməlum şəraitdə 15 000 manat nağd pul və 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Xətai RPİ 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərərçəkənin qohumu olan 30 yaşlı İ.Hüseynov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla müəyyən olunub ki, o, müxtəlif vaxtlarda evə daxil olaraq hissə-hissə pul və qızıl-zinət əşyalarını oğurlayıb.

Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.

Oxşar xəbərlər

Xətaidə qohumunun evindən 20 min manatlıq oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Goranboyda qohumunun evindən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 15, Sumqayıtda 11 min manatlıq oğurluq olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər