Expressbank biznes müştəriləri üçün tətbiqini istifadəyə verib
sizinxeber.az xəbər saytı

Expressbank biznes müştəriləri üçün tətbiqini istifadəyə verib


Daim müştərilərinin rahatlığını düşünən Expressbank biznes müştərilərinə daha çevik və müasir bankçılıq təcrübəsi təqdim etmək üçün yeni “Express Business” mobil tətbiqini istifadəyə verdiyini elan edir.

Bu tətbiq vasitəsilə sahibkarlar və şirkət nümayəndələri artıq ofisdən çıxmadan və ya hər hansı banka getmədən öz maliyyə əməliyyatlarını daha rahat və təhlükəsiz şəkildə idarə edə biləcəklər.

Yeni tətbiq nələri təklif edir?


“Express Business” tətbiqi vasitəsilə müştərilər aşağıdakı imkanlardan yararlana biləcəklər:

  • Asan İmza və ya OTP (birdəfəlik parol) ilə təhlükəsiz giriş
  • Birdən çox şirkəti olan müştərilər üçün hesablar arasında sürətli keçid
  • Maliyyə vəziyyətinin istənilən an izlənməsi
  • Bankdaxili, hesablararası və ölkədaxili köçürmələrin icrası
  • Ödəniş və köçürmələrə tam nəzarət
  • Sənədlərin mobil cihaz və ya veb üzərindən imzalanması imkanı
  • Kart və hesab məlumatlarına baxış, çıxarışların əldə edilməsi, kartların bloklanması və ya blokdan çıxarılması funksiyaları

Expressbank tərəfindən bildirilir ki, bu yenilik biznes sahiblərinə vaxta qənaət, əməliyyatlara nəzarətdaha çevik icra imkanı verəcək. Tətbiq həm iOS, həm də Android platformalarında əlçatandır və istifadəsi tamamilə ödənişsizdir.

Yeni tətbiq Expressbankın rəqəmsal transformasiya strategiyasının tərkib hissəsi olaraq, müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədi daşıyır.

“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir. Ünvan: Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

Oxşar xəbərlər

ABB kiçik sahibkarlar üçün yeni tətbiq təqdim edib
Epoint-da Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə
Səyahət sığortasını artıq Yelo App ilə ala biləcəksiniz
Ləğv prosesində olan bankların kreditlərini ödəniş sistemləri və mobil tətbiqlər vasitəsilə odəmək mümkün olacaq
Birbank Biznes-dən 50 000 AZN-dək zaminsiz və başdan-başa onlayn kredit imkanı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər