Qazaxıstanda sukuk aktivlərinin həcminin 3,3 mlrd. dollara çatacağı proqnozlaşdırılır
Qazaxıstanda İslam bankçılığı sektoru 2033-cü ilədək 3,3 milyard ABŞ dollarına qədər arta bilər.
APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə bu barədə məlumatlar Avrasiya İnkişaf Bankı (AAİB), İslam Bankı İnstitutu (İsDBI) və London Fond Birjası Qrupunun İslam İnkişaf Bankının birgə hazırladığı və Əlcəzairdə ictimailəşdirilən hesabatda yer alıb.
Sənəddə Qazaxıstanda İslam maliyyəsinin inkişafını təmin edəcək iki əsas istiqamət barədə detallı məlumat verilir.
Bildirilir ki, islam bankçılığı və sukuk bu sahədə ən mükəmməl alətlər hesab edilir.
Hesabat sənədində İslam bankçılığındakı inkişaf təşəbbüsləri, bu növ bank sisteminin perspektivləri, islam maliyyəsi, eləcə də islam maliyyəsi məhsul və xidmətlərin olan yüksək tələbat nəzərə alınaraq, islam bankçılığının aktivlərinin 2028-ci ilə qədər 1,2 milyard ABŞ dollarına, 2033-cü ilə qədər isə 3,3 milyard ABŞ dollarına çatması ehtimal olunur:
"Sukuk ayrı-ayrı dövlətlərin və şirkətlərin icra etdiyi dünya miqyaslı sərmayə qoyuluşları nəticəsində sukuk aktivlərindən istifadə daha da geniş yayılmağa başlayıb. Qazaxıstan bu baxımdan önəmli paya sahibdir. Belə ki, bu ölkədə sukuk aktivlərinin həcmi 2028-ci ilədək 1,3 milyard, 2033-cü ilə qədər isə 3,3 milyard dollara çatacağı barədə proqnozlar verir".
Oxşar xəbərlər
Taleh Kazımov: "İslam bankçılığı ilə bağlı bir bank müraciət edib"
İslam İnkişaf Bankı Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi üçün ilk krediti ayırıb
Əlcəzairdə İslam İnkişaf Bankının ənənəvi toplantısı işinə başlayıb
AMB IsDB ilə islam maliyyəsi üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
"Rəqəmsal Transformasiya və İslam Maliyyəsində vəsaitlərin əlçatanlığı" mövzusunda 19-cu Qlobal İslam Maliyyəsi Forumu keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
Hər uşağa görə ayrıca pul veriləcək? – AÇIQLAMA
-
Sosial yardım bu şərtlərlə və həmin ailələrə veriləcək — AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Kanada rəsmisi: Şəhər problemləri hökumətlərin həll imkanlarını üstələyir
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
