Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 40 %-dən çox artırıb
sizinxeber.az xəbər saytı

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 40 %-dən çox artırıb


Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) dövlət büdcəsinə ötən ilin eyni dövrü ilə müqayisədə 40,1 % çox - 66,4 milyon manat vəsait köçürüb.

"Sizinxeber.az" bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, 4 aylıq ödənişin 51,6 milyon manatı özəlləşdirmə, 14,8 milyon manatı isə icarə hesabına təmin edilib. Bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 47,4 %19,35 % çoxdur.

Hesabat dövründə Dövlət Xidməti 14 özəlləşdirmə hərracı keçirib. Həmin hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılmış dövlət əmlakları üzrə 123 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.

Ötən 4 ayda 1 444 yeni icarə müqaviləsi bağlanılıb. İcarə müqavilələrindən 190-ı qeyri-yaşayış, 1 254-ü isə torpaq sahələrinə aid olub.

Oxşar xəbərlər

Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 39 % artırıb
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 24 % artıb
Azərbaycanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 8 % azalıb
Azərbaycanda dövlət əmlakları ilə bağlı icarə müqavilərinin sayı 21 % artıb
Dövlət əmlakının özəlləşdirmə və icarəsindən büdcə daxilolmaları 40%-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər