Dövlət əmlakının özəlləşdirmə və icarəsindən büdcə daxilolmaları 40%-dən çox artıb
Bu ilin yanvar-aprel aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 66,4 milyon manat vəsait ödənilib.
Bu barədə "Sizinxeber.az-Economics"ə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 40,2% çoxdur.
4 ayda 14 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 324 nəqliyyat vasitəsi özəlləşdirilib. Bu ilin ilk 4 ayı ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 123 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.
Cari ilin yanvar-aprel ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 51,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,8% çoxdur.
Hesabat dövründə 190-ı qeyri-yaşayış, 1 254-ü isə torpaq sahələri üzrə olmaqla 1 444 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 14,8 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 19% artım qeydə alınıb.
Oxşar xəbərlər
Azərbaycanda dövlət əmlakının özəlləşdirmə və icarəsindən büdcə daxilolmaları artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 24% artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əmlak Məsələləri Dövlət Xidməti büdcəyə ödəmələri 39 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda özəlləşdirmədən büdcəyə daxilolmalar 24 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda bu il dövlət əmlakının icarəsindən büdcəyə 28,3 mln. manat ödənilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












