ICD Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq istiqamətlərini müəyyən edib
sizinxeber.az xəbər saytı

ICD Azərbaycanın özəl sektoru ilə əməkdaşlıq istiqamətlərini müəyyən edib


Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) Azərbaycanda dağ-mədən sənayesi, tikinti, sement istehsalı, pambıqçılıq və sənaye istehsalı sahələrində strateji investisiya imkanlarını araşdırır.

“Report” ICD-yə istinadən xəbər verir ki, bu barədə “R Group Holding”, “AS Group Investment”, “Arkoz Sement”, “Prime Cotton” və UNICO kimi bir sıra özəl şirkətlərlə görüşlər keçirən korporasiyanın baş investisiya direktoru Baa Aldin Yəhya Kirimlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı bildirilib.

“Yod hasilatı, günəş enerjisi, dayanıqlı tikinti və kənd təsərrüfatı məhsullarının emalı kimi sahələrdə birgə investisiyalar potensialına xüsusi diqqət yetirilir. Bu tərəfdaşlıqların məqsədi kiçik və orta sahibkarlığı dəstəkləmək, özəl sektoru inkişaf etdirmək və bütün ölkə üzrə iqtisadi artımı stimullaşdırmaqdır”, - ICD-dən bildirilib.

Qeyd edək kii, ICD nümayəndə heyəti Azərbaycanda üç günlük səfərdədir və əsas məqsədi özəl sektorla qarşılıqlı əlaqələri dərinləşdirməkdir.

Bundan əvvəl korporasiyanın nümayəndələri Azərbaycan Mərkəzi Bankı (AMB), İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu və “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) ilə danışıqlar aparıb.

AMB ilə müzakirələr zamanı sukukun özəl sektorun dəstəklənməsi üçün maliyyə resurslarının cəlb edilməsi aləti kimi əhəmiyyəti vurğulanıb. ICD həmçinin Fondun və AİŞ-nin ölkədə kiçik və orta biznesin inkişafına yönəlmiş proqramlarına maliyyə və texniki dəstək verməyə hazır olduğunu vurğulayıb.

Oxşar xəbərlər

IsDB, ICD və IsDBI Azərbaycanın İslam maliyyə infrastrukturunun gücləndirilməsinə kömək etməyə hazırdır
Azərbaycan ICD ilə islam maliyyəsi alətlərinin tətbiqini müzakirə edib
Azərbaycanda sənaye istehsalı 1 %-dən çox artıb
Azərbaycanda sənaye istehsalı 2 %-ə yaxın azalıb
Özbəkistan və Azərbaycan aqrar sahədə yeni investisiya layihələrini müzakirə edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər