Özbəkistan və Azərbaycan aqrar sahədə yeni investisiya layihələrini müzakirə edirlər
sizinxeber.az xəbər saytı

Özbəkistan və Azərbaycan aqrar sahədə yeni investisiya layihələrini müzakirə edirlər


Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Bakıda qida sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsini müzakirə edib.

Bu barədə “Report” Özbəkistan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadən xəbər verir.

"Hazırda Özbəkistanın Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri Azərbaycanda rəsmi səfərdədirlər. Səfər zamanı iki ölkə arasında investisiya əməkdaşlığının genişləndirilməsi məsələləri, xüsusilə qida sənayesi sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunur", - məlumatda bildirilib.

Qurumun məlumatına görə, Azərbaycan şirkətlərindən biri ilə Özbəkistanda süd məhsullarının istehsalı üzrə birgə layihənin həyata keçirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bu layihə çərçivəsində Azərbaycan tərəfi Özbəkistan bazarını araşdırır və biznes modeli hazırlayır.

Bundan əlavə, səfər çərçivəsində "R Group Holding" vençur investisiya şirkətinin rəhbərliyi ilə görüş keçirilib.

"Görüşdə Özbəkistan şirkəti “Milmaxtrade”ə məxsus olan və əvvəllər cem, qurudulmuş meyvə istehsalı üzrə ixtisaslaşan zavodun fəaliyyətinin bərpası ilə bağlı layihə təqdim edilib. Danışıqların yekunları üzrə, “Milmaxtrade”in rəhbəri ilə görüş keçirilməsi və layihə sənədlərinin Azərbaycan tərəfinə təqdim edilməsi barədə razılıq əldə olunub", - məlumatda qeyd edilib.

Oxşar xəbərlər

Azərbaycan-Özbəkistan Hökumətlərarası Komissiyasının 14-cü iclası olacaq
Azərbaycan və Özbəkistan ikili diplom proqramının başladılmasını müzakirə edir
Azərbaycan və Qazaxıstan aqrar sahədə birgə layihələr icra edəcək
Azərbaycan və Qazaxıstan aqrar məhsulların birgə ixracını müzakirə edəcək
Azərbaycan Gürcüstanla şəhərsalmaya dair layihələrin icrasını müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər