AMB "Sizin Lombard"ı və onun vəzifəli şəxsini cərimələyib
sizinxeber.az xəbər saytı

AMB "Sizin Lombard"ı və onun vəzifəli şəxsini cərimələyib


Azərbaycan Mərkəzi Bankı (AMB) daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlər verən (lombard fəaliyyəti göstərən) “GL” ASC-ni ("Sizin Lombard") və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı planlı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələbinin pozulması halı aşkarlanıb. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən "GL" və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib.

Xatırladaq ki, "GL" 2016-cı ildə yaradılıb. Şirkətin səhmləri 100 % Eldar Quliyevə məxsusdur. O, həm də "Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) əsas səhmdarlarından biridir.

Oxşar xəbərlər

AMB "Güvənli” lombard şirkətini inzibati məsuliyyətə cəlb edib
AMB "SF Azerbaijan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı "AzPul" BOKT-u və onun vəzifəli şəxsini cərimə edib
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib
AMB "Prior Leasing" və "Kredit Evi"ni inzibati məsuliyyətə cəlb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər