AMB "SF Azerbaijan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib
sizinxeber.az xəbər saytı

AMB "SF Azerbaijan” BOKT-u və onun vəzifəli şəxsini cərimələyib


Azərbaycan Mərkəzi Bankı (AMB) "SF Azerbaijan” MMC bank olmayan kredit təşkilatını (BOKT) və onun vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib.

“Sizinxeber.az” bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulduğu üzə çıxarılıb. Odur ki, İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.1.6-cı maddələrinə əsasən BOKT və onun vəzifəli şəxsi Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə müvafiq olaraq 50 min manat və 10 min manat cərimə edilib. 

Oxşar xəbərlər

Azərbaycan Mərkəzi Bankı "AzPul" BOKT-u və onun vəzifəli şəxsini cərimə edib
Azərbaycan Mərkəzi Bankı "Turan Bank”ı və onun vəzifəli şəxsini cərimələyib
Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Mərkəzi Bank BOKT-un vəzifəli şəxsini inzibati məsuliyyətə cəlb edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər