Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin gəlirləri artıb, xərcləri azalıb
2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyindəki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin gəlirləri 84,084 milyon manat, xərcləri isə 75,155 milyon manat təşkil edib.
"Sizinxeber.az" Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 38,6 % çox və 0,2 % azdır.
Ötən il Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin əsas əməliyyat gəlirləri 80,584 milyon manat (əvvəlki ilə nisbətən 41 % çox), dövlət büdcəsindən verilmiş vəsait üzrə gəlirləri isə 3,5 milyon manat (dəyişməyib) olub.
Hesabat dövründə qurumun istifadə etdiyi material ehtiyatlarının dəyəri 681 min manat (illik müqayisədə 0,3 % az), işçi heyəti üzrə xərcləri 66,396 milyon manat (25,2 % çox), amortizasiya xərcləri 2,846 milyon manat (3,5 % çox), digər əməliyyat xərcləri 4,96 milyon manat (12 % çox), sair əməliyyat xərcləri isə 271 min manat (53,2 dəfə az) təşkil edib.
Oxşar xəbərlər
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin gəlirləri və xərcləri artıb
Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi ötən ilin maliyyə hesabatını verib
Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ötən il 1,5 mln. manat - zərər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












