I rübdə fiziki və hüquqi şəxslər 300 mln. manata yaxın depozit gəliri əldə ediblər
sizinxeber.az xəbər saytı

I rübdə fiziki və hüquqi şəxslər 300 mln. manata yaxın depozit gəliri əldə ediblər


2025-ci ilin yanvar-mart aylarında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 298.9 milyon manat faiz ödəyiblər.

Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 56.2% və ya 107.5 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 191.4 milyon manat depozit faizi ödəmişdilər.

Qeyd edək ki, cari il aprel ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.1% artaraq 37 milyard 293.1 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 1 milyard 134.9 milyon manat faiz gəliri əldə ediblər.

Oxşar xəbərlər

Ötən ay fiziki və hüquqi şəxslər 100 mln. manat depozit gəliri əldə ediblər
İki ayda fiziki və hüquqi şəxslər 200 mln. manata yaxın depozit gəliri əldə ediblər
Banklar 9 ayda 636 mln. manat depozit faizi ödəyiblər
Banklar 8 ayda 570 mln. manat depozit faizi ödəyiblər
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər