Ötən ay fiziki və hüquqi şəxslər 100 mln. manat depozit gəliri əldə ediblər
2025-ci ilin yanvar ayında Azərbaycanda banklar cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 100.8 milyon manat faiz ödəyiblər.
“Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 62.3% və ya 38.7 milyon manat artıb. 2024-cü ilin müvafiq dövründə banklar 62.1 milyon manat depozit faizi ödəmişdilər.
Bu dövrdə banklar tərəfindən müddətli depozitlər üzrə 47.2 milyon manat, tələbli depozitlər üzrə isə 53.6 milyon manat faiz ödənilib.
Qeyd edək ki, cari il fevral ayının 1-nə banklarda hüquqi və fiziki şəxslərin depozitlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.6% artaraq 36 milyard 961 milyon manata bərabər olub.
Xatırladaq ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən 22 bank ümumilikdə 377.2 milyon manat faiz gəliri əldə ediblər.
Oxşar xəbərlər
Banklar 9 ayda 636 mln. manat depozit faizi ödəyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Banklar 8 ayda 570 mln. manat depozit faizi ödəyiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il “Bank Respublika”dan 100 milyondan çox depozit geri çəkilib - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Paşa Bank" maliyyə vəziyyətini açıqlayıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












