Asiya İnkişaf Bankı Azərbaycanda daha bir layihəyə maliyyə yardımı ayırıb
Asiya İnkişaf Bankı (ADB) “Azərbaycan Dəmir Yolları” QSC-yə dekarbonizasiya layihəsinin hazırlanması məqsədilə 1,25 milyon ABŞ dolları məbləğində texniki dəstəyi təsdiqləyib.
"APA-Economics" bu barədə banka istinadən xəbər verir. Məlumata görə, ADB maliyyə vəsaitinin 250 min ABŞ dollarlıq hissəsini Texniki Yardım Xüsusi Fondu, 1 milyon dollarlıq hissəsini isə “Ağıllı Enerji” İnnovasiya Fondu vasitəsilə ayırıb.
Qeyd edilib ki, Azərbaycan 2025-ci ilə qədər “Şərq-Qərb” və “Şimal-Qərb” dəhlizləri vasitəsilə bağlantıları gücləndirərək, o cümlədən iqtisadi dayanıqlılığı və regional inteqrasiyanı artırmaq üçün Orta Dəhliz vasitəsilə ticarət marşrutlarını şaxələndirərək beynəlxalq logistika mərkəzi kimi özünü təsdiq etməyi hədəfləyir: “Yükdaşımalarının həcminin artması ilə dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” (ADY) ölkənin iqlim hədəflərini dəstəkləmək üçün dekarbonizasiyaya diqqət yetirərək beynəlxalq səviyyədə ən yaxşı təcrübələrə uyğunlaşır. ADY bərpa olunan elektrik enerjisindən istifadənin artırılması ilə əməliyyat səmərəliliyini artıraraq və xərcləri azaldaraq dekarbonizasiya gündəmini irəlilədir. Bu keçid həmçinin hava keyfiyyətinin yaxşılaşdırılması, ictimai səhiyyə xərclərinin azaldılması və “təmiz enerji” sahəsində iş yerlərinin yaradılması kimi əlavə faydalar gətirəcək”.
Oxşar xəbərlər
ADB Azərbaycanda dəmir yollarının dekarbonizasiyasına maliyyə vəsaiti ayırıb
Asiya İnkişaf Bankı Azərbaycana dəmir yollarının inkişafı üçün 47 mln. dollar kredit ayırıb
Pərviz Şahbazov: Yaşıl enerji dəhlizi layihələri üçün kifayət qədər resursumuz var
Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb"
Pərviz Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
