ADB Azərbaycanda dəmir yollarının dekarbonizasiyasına maliyyə vəsaiti ayırıb
Asiya İnkişaf Bankı (ADB) “Azərbaycan Dəmir Yolları” QSC-yə dekarbonizasiya layihəsinin hazırlanması məqsədilə 1,250 milyon ABŞ dolları məbləğində texniki dəstəyi təsdiqləyib.
“Report” banka istinadən xəbər verir ki, ADB maliyyə vəsaitini Texniki Yardım Xüsusi Fondu (250 min ABŞ dolları) və “Ağıllı Enerji” İnnovasiya Fondu (1 milyon ABŞ dolları) vasitəsilə ayırıb.
Bu layihənin məqsədlərinə gender bərabərliyində tərəqqinin sürətləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizə, iqlim və təbiib istiqamətlərində dayanıqlılığın yaradılması və ətraf mühitin dayanıqlılığının artırılması və idarəetmə və institusional potensialın gücləndirilməsi daxildir.
ADB-nin məlumatına görə, Azərbaycan 2025-ci ilə qədər “Şərq-Qərb” və “Şimal-Qərb” dəhlizləri vasitəsilə bağlantıları gücləndirərək, o cümlədən iqtisadi dayanıqlılığı və regional inteqrasiyanı artırmaq üçün Orta Dəhliz vasitəsilə ticarət marşrutlarını şaxələndirərək beynəlxalq logistika mərkəzi kimi özünü təsdiq etməyi hədəfləyir: “Yükdaşımalarının həcminin artması ilə dövlətə məxsus “Azərbaycan Dəmir Yolları” (ADY) ölkənin iqlim hədəflərini dəstəkləmək üçün dekarbonizasiyaya diqqət yetirərək beynəlxalq səviyyədə ən yaxşı təcrübələrə uyğunlaşır. ADY bərpa olunan elektrik enerjisindən istifadənin artırılması ilə əməliyyat səmərəliliyini artıraraq və xərcləri azaldaraq dekarbonizasiya gündəmini irəlilədir. Bu keçid həmçinin hava keyfiyyətinin yaxşılaşdırılması, ictimai səhiyyə xərclərinin azaldılması və “təmiz enerji” sahəsində iş yerlərinin yaradılması kimi əlavə faydalar gətirəcək”.
Oxşar xəbərlər
ADB Azərbaycanın nəqliyyat sektorunda kibertəhdidlərə dayanıqlılığın artırılmasına dəstək verəcək
ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək
Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb"
Pərviz Şahbazov: “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin TİƏ-nin hazırlanmasına 2 milyon dollar ayrılıb"
ADB Pakistanın enerji infrastrukturunun modernləşdirilməsi üçün 200 milyon ABŞ dolları ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
