Azərbaycanda bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb
Azərbaycanda təmassız ödəniş texnologiyalarından (NFC) istifadə edilən bank kartları ilə bağlı yeni dələduzluq növləri qeydə alınıb.
"APA-Economics" xəbər verir ki, bununla bağlı kibertəhlükəsizlik mütəxəssisləri xəbərdarlıq edirlər. Məlumata görə, “Apple Pay” və “Google Wallet” xidmətlərinin istifadəçiləri bu hücumlara qarşı xüsusilə həssasdırlar, çünki onların kartları saxta hesablara bağlanılır.
Qeyd edilib ki, ssenari sadə, lakin effektivdir. Belə ki, cinayətkarlar saxta çatdırılma xidmətləri, bazarlar və ya dövlət xidmətləri vasitəsilə qurbanları aldadaraq onlardan bank kartı məlumatlarını əldə edir, sonra onları dərhal öz smartfonlarına bağlayır və kart sahibində şübhə yaratmadan mağazalarda alış-veriş etmək üçün istifadə edirlər.
Bununla yanaşı, NFC siqnalını bir smartfondan digərinə ötürən “Ghost Tap” (Kabus toxunuşu) sxemini ayrıca qeyd etmək lazımdır. Beləliklə, fırıldaqçı fiziki olaraq bir ölkədə olsa belə, alış-verişi tamamilə fərqli bir ölkədə həyata keçirir.
Ekspertlər vətəndaşların vəsaitlərini qorumaq üçün bir neçə məqama xüsusi diqqət yetirməli olduqlarını vurğulayırlar:
- Onlayn ödənişlər üçün virtual kartlardan istifadə edilməli, onların balansını yalnız lazım olduqda artırılmalıdır.
- Şübhəli proqramlara və vebsaytlara kart məlumatlarını daxil etməyin, xüsusən də sizdən PIN kodu daxil etməyiniz xahiş olunursa.
- Şübhəli proqramların tələbi ilə bank kartınızı smartfonunuza bağlamayın.
- Bankomata nağd pul daxil edərkən fiziki kartdan istifadə edin.
- Əməliyyat bildirişlərini (Push/SMS) aktiv etdiyinizə əmin olun.
- “Təhlükəsiz ödənişlər” funksiyasına malik antivirus qoruma həlli quraşdırın.
Kibertəhlükəsizlik şirkətləri əlavə edirlər ki, dələduzlar artıq kartın özünü oğurlamağa və ya PIN kodu bilməyə ehtiyac duymurlar. Sizin vəsaitlərinizi idarə edə bilmək üçün minimal məlumatlar da kifayə edir. Bu cür gizlilik bu hücumları xüsusilə təhlükəli edir: "Biz regionda, o cümlədən Azərbaycanda belə sxemlərin fəallığının artdığını müşahidə edirik. Bu gün rastlaşdıqları ilk proqramlara və ya saytlara etibar etməyə öyrəşmiş istifadəçilər bu vəziyyətdə xüsusilə həssasdırlar. Riskləri gözardı etmək olmaz – bu gün maliyyənizi qorumaq rəqəmsal sayıqlıqdan başlayır. Sınaqdan çıxmış antivirus məhsullarından istifadə etməyi və bank kartı məlumatlarının ələ keçirilməsi cəhdlərinə qarşı diqqətli olmağı tövsiyə edirik”.
Oxşar xəbərlər
DİN: ”Bank hesabınıza müdaxilə” zəngləri dələduzluqdur
Azərbaycanda bank kartlarının sayı 19 milyona çatıb
ABB bizneslərin AMEX kartları ilə ödəniş imkanlarını genişləndirib
Azərbaycanda bank kartlarının sayı 19 milyonu ötüb
Dövlət Sosial Müdafiə Fondu bank xidmətlərinə 48 mln. manat xərcləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
